12 yanvar 2011 11:34

“Hər şeyi edəcəyik ki, `İnter`in əhval-ruhiyyəsini korlayaq”

“Birlik Kuboku”nda Azərbaycan çempionu `İnter`in rəqiblərindən olan Moldovanın `İskra-Stal` klubunun kapitanı Andrey Burkovski azerisport.az və “Zerkalo”ya müsahibə verib.
 
- “Birlik Kuboku”na hazırlığınız necə gedir?
- Biz yalnız bu turnirə hazırlaşmırıq. Qarşıda bizi ölkə birinciliyində də kifayət qədər çətin oyunlar gözləyir. Artıq bir neçə yoldaşlıq görüşü keçirməyə nail olmuşuq. Onlardan biri də `Rapid` idi ki, 4:2 hesabıyla məğlub etdik. Odu ki, demək olar hazırlıq prosesini yekunlaşdırmışıq. Sankt-Peterburqa da böyük ümidlərlə gedirik. İstəyirik ki, mümkün qədər yaxşı çıxış edək.
 
- Sizin qarşınıza hansı vəzifə qoyulub?
- Rəhbərlik qarşımıza konkret vəzifə qoymayıb. Sadəcə minimum qrupdan çıxmağı hədəfləyirik. Ondan sonrakı uğurumuz isə sərgiləyəcəyimiz oyundan asılıdı. Hələ ilk növbədə qrupdan çıxmaq lazımdı. Hansı ki, çox ciddi rəqiblərimiz var. Bu mənada xüsusilə Azərbaycan çempionunu qeyd etməyə dəyər. Əgər səhv etmirəmsə, `İnter` qarşısına “Birlik Kuboku”nu qazanmaq vəzifəsini qoyub. Hesab edirəm ki, bizi bakılılarla çox çətin qarşılaşma gözləyir. Gizlətmirəm ki, komandanız üzərində qələbə qazanmağı çox arzulayıram. Oyun öncəsi şanslar bərabərdi.
 
- Ən çətin rəqibiniz haqda nələri bilirsiz?
- Bilirəm ki, sizdə kifayət qədər legioner var. Ümmiyyətlə, son dövrlər Azərbaycan çempionatında heç də az futbolçu çıxış etmir. Buna görə də, `İnter`ə çox ciddi yanaşırıq.
 
- Azərbaycan klubları 2 dəfə bu turnirin qalibi olub. İndi də `İnter` bu uğuru təkrarlamaq istəyir.
- Düşünürəm ki, komandanızın buna ümid etmək üçün hər cür şansı var. Axı son illərdə Azərbaycan klubları bu turnirdə dəbi müəyyənləşdirir. Biz hər şeyi edəcəyik ki, onların əhval-ruhiyyəsini korlayaq. Bizim bu kuboku qazanmağa böyük iddiamız yoxdu. Ümumiyyətlə, bir çox klub bu turnirə sadəcə hazırlıq prosesinin bir mərhələsi kimi baxır. Ancaq təbii ki, biz də özümüzü göstərmək istəyirik.
 
- Komandanızın heyəti ötən illə müqayisədə çoxmu dəyişib?
- Bir sıra oyunçular komandanı tərk edib. Ancaq yeni oyunçular da gəlib. Hansı ki, bizdə özlərini göstərə bildilər. `İnter`dən əsas fərqimiz odu ki, bizim itiriləsi heç nəyimiz yoxdu. Biz qarşımıza elə ciddi vəzifələr qoymuruq. Əgər yarımfinala çıxsaq, onda bu çox əla olardı. “Birlik Kuboku”na qatılan komandaların demək olar ki, hamısı bir-biriylə eyni gücdədi. Baxmayaraq ki, bəziləri favorit göstərilir.
 
- Bizim çempionun oyununu izləmisiz?
- Xeyr. Turnirin gedişində tanış olacağıq. Hələ `İnter`in oyununu izləmək üçün vaxtımız olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.