12 yanvar 2011 11:42
“Starkovdan sonra Vaqif hər kəsi sevindirəcək”
Azərbaycanın veteran futbolçusu Fizuli Cavadov oğlu Vaqifin `Bakı`dakı durumuna münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Vaqif hazırda istirahət edir, heç bir yerə getməyə hazırlaşmır. Axı onun hələ 2012-ci ilin sonuna kimi müqaviləsi var. Mən onun əsas heyətə daim düşməməsi haqda heç bir şərh vermək istəmirəm. Bu, baş məşqçinin işidi. İndi Starkovun yolunu gözləyirik. Ümid edirəm ki, onun gəlişindən sonra Vaqif öz oyunu ilə hər kəsi sevindirəcək”.
