12 yanvar 2011 11:49
XL-nın axşam məşqində toplu çalışmalar
“Xəzər Lənkəran” dünən Antalyada qaldığı “Qloriya” otelinin meydançasına axşam məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, səhər məşqindən fərqli olaraq bu dəfə baş məşqçi Mirça Rednik toplu calışmalara üstünlük verib.
Əsasən taktiki tapşırıqları yerinə yetirən futbolçular 1 saat ərzində bölünmüş qruplarda bir, iki və üç gedişli kombinasiyaları yerinə yetiriblər. Komandamızın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
