12 yanvar 2011 11:53
`Bakı` Əmirbəyovu mövsümün sonunadək qaytarıb
`Bakı` futbol klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, yay transfer pəncərəsində `Gəncə`yə keçən və 6 ay müddətində bu komandanın formasını geyən təcrübəli müdafiəçi Rafael Əmirbəyov yenidən paytaxt klubunun heyətinə qayıdıb.
Qarşılıqlı razılığa əsasən, Rafael Əmirbəyov mövsümün sonuna qədər `Bakı`nın idman şərəfini qoruyacaq.
