12 yanvar 2011 00:00
AÇ-2011: İran – İraq duelində qonşularımız sevindi
Qətərdə düzənlənən Asiya çempionatında ilk turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin beşinci oyun günündə D qrupunda qərarlaşan komandalar öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər.
Koreya Demokratik Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin yığmaları arasındakı qarşılaşmada tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, hesabı açmaq mümkün olmayıb. Günün ən maraqlı dueli isə İranla İraq arasında oynanılıb. Qarşılaşmada hesabı iraqlılar açsa da, sonda qonşularımız əzmkar qələbəyə seviniblər.
Asiya Kuboku
Qrup mərhələsi
11 yanvar
D qrupu
Koreya DR – BƏƏ – 0:0
İraq – İran – 1:2
Qol: Ridha, 13 – Rezai, 42, Mobali, 84.
