12 yanvar 2011 00:07
Bir gündə ikinci sınaq matçı və qisas
“Birlik Kuboku”na hazırlıqlarını davam etdirən son ölkə çempionu `İnter` hazırlıqlarını davam etdirdiyi Türkiyədə dördüncü, eyni gündə isə ikinci yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandanın bu dəfəki rəqibi Türkiyə Superliqasında mübarizə aparan `Karabükspor` komandası olub.
Qarşılaşma 1:0 hesabıyla `İnter`in xeyrinə başa çatdı. Rövşən Əmiraslanovdan əla ötürmə alan Bronislav Çervenka topu güclü zərbə ilə qapıdan keçirib. Maraq üçün xatırladaq ki, `İnter` ötən il `Karabükspor`la yoldaşlıq matçı keçirmiş və oyun 2:1 hesabıyla Türkiyə komandasının xeyrinə başa çatmışdı. “Bankirlər”in dünən Albaniyanın BESA klubuyla da qarşılaşdığını, meydandan 2:3 hesabıyla məğlub ayrıldığını da vurğulayaq.
