12 yanvar 2011 00:11
`Beşiktaş` daha bir futbolçusundan canını qurtardı
Bu qış həyata keçirdiyi şok transferlərlə bütün Avropada özündən söz etdirən `Beşiktaş` indi də köhnə heyətdəki artıq oyunçularından canını qurtarmaqla məşğuldu. Azerisport.az xəbər verir ki, İstanbul klubu onsuz da bol olan legionerlərindən daha birini yerli klublardan birinə icarəyə verib.
Bu, komandanın slovakiyalı futbolçusu Filip Holoskodu. İstanbul klubunun başbilənləri onu eyni şəhərin digər təmsilçisi `İstanbul Büyükşehir Belediyespor`a verməyi qərara alıb. Klubun rəsmi açıqlamasında futbolçunun 6 ay müddətində məhz `İstanbul BB`-də çıxış edəcəyi bildirilir. Holoskonun yeni klubu ilə bu gün rəsmi müqavilə imzalaması gözlənilir.
