12 yanvar 2011 00:32
`Simurq` 6 futbolçusundan imtina etdi
`Simurq` dünən start verdiyi təlim-məşq toplanışının ilk günündən sonra ona lazım olmayan futbolçularının tam siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Azər Səfərli, Elşən Əliyev, Zabit Cəfərov, Elvin Abbasov, Elnur Yusifov və Yasin Abbasovun heyətdən kənarlaşdırılmasına qərar verib.
Qeyd edək ki, baş məşqçi Qyoko Haciyevski hələ dünən saytımıza verdiyi müsahibədə daha çox forma şansı qazanmayan futbolçulardan imtina edəcəklərini açıqlamışdı. Sözügedən 6 futbolçunun komandadan uzaqlaşdırılmasına da əsas səbəb məhz budu.
