13 yanvar 2011 01:12

Rəşad Sadıqov: Huntelaar və Raul mənim üçün əlavə qayğı yaratmırdı

Milli komandamızın kapitanı, Türkiyənin `Eskişehirspor` klubunun müdafiəçisi Rəşad Sadıqov azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb, dünən keçirilən Almaniyanın `Schalke` klubuyla yoldaşlıq görüşünü (1:1) və təlim-məşq toplanışını dəyərləndirib.
 
- Yoldaşlıq oyununu necə dəyərləndirərdin?
- Görüş çox maraqlı mübarizə şəraitində keçdi. Biz çox güclü rəqiblə qarşılaşırdıq. Belə matçlar da həmişə faydalı olur.
 
- Niyə üstünlüyünüzü qoruya bilmədiniz?
- Biz erkən qol vurduq və sonradan da saysız-hesabsız qol vəziyyətlərimiz oldu. Lakin həmin epizodların hamısı korlandığından fərqi artıra bilmədik. Hələ, bir epizodda hakim `Schalke`nin qapısına penalti təyin etmədi. Rəqib bizim üçün az sayda təhlükə yaradırdı ki, onlardan da biri zamanı cinah asmasından sonrq qapımızdan qol buraxdıq.
 
- Özünüzü günahkar hesab edirsiz?
- Bəli, bunda mənim günahım vardı. Mən Rakitiçə mane olmağa borclu idim ki, dəqiq zərbə vura bilməsin. Ancaq təəssüf ki, ona çata bilmədim.
 
- Bu fakt sizin əhvalınızı çoxmu korlayıb?
- Prinsipcə, deməzdim ki, bütövlükdə öz oyunumdan narazı qaldım, sadəcə həmin epizodu “bağlamaq” lazım idi. Yoldaşlıq oyunları ondan ötrüdü ki, səhvlərin üzərində işləyəsən, çatışmazlıqları aradan qaldırasan.
 
- Maraqlıdı, `Real`ın keçmiş əfsanəsi Raula qarşı oynamaq necə idi?
- Şübhəsiz ki, Huntelaar, Raul, Farfan və digər futbolçular `Schalke`nin ulduzlarıdı, amma onlar mənim üçün əlavə qayğı yaratmırdı. Fikrimcə, rəsmi oyunda daha çətin olardı.
 
- Siz iki 90 dəqiqə meydanda oldunuz. `Ergsebirge` ilə oyunda 90 dəqiqə və `Werder`lə də görüşdə demək olar ki, yarım saat oynamışdız. Öz çıxışınızdan razısınız?
- Bu haqda nəsə demək istəmirəm. Mənə elə gəlir ki, baş məşqçimiz özü üçün müəyyən təəssüratlara malikdi.
 
- Üç ardıcıl oyunda şans qazanmağınız əsas heyətə dönüşünüzə şərait yarada bilər?
- Əsas Superliqanın oyunlarıdı. Rəsmi oyunlarda şans qazanmaq lazımdı.
 
- Beş gün ərzində 3 görüş keçirdiniz. Sınaqlar yorucu deyil ki?
- Biz toplanışda müntəzəm məşqlər keçirik, çox yüklənirik. İndi çox işləmək, hazırlaşmaq lazımdı ki, forma yığa bilək.
 
- `Villem II` ilə oyuna güc qalıbmı?
- Ümid edirəm ki, yenə oynayaram. Mənim fiziki yüklənməylə bağlı problemim yoxdu. Hər oyundan sonra yorğunluq olsa da, növbəti matça kimi yenidən öz gücümü bərpa edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.