13 yanvar 2011 13:47

Elvin Əliyev: `Bakı`ya görə AZAL-ı tərk edə bilmərəm

AZAL-ın kapitanı Elvin Əliyev azerisport.az və “Zerkalo”ya müsahibə verib.
 
- AZAL-ın çempionatın ilk 5 ayındakı çıxışını necə qiymətləndirirsiz?
- Çox təəssüf ki, biz çox vacib xallar itirdik. `Muğan`a uduzmamalıydıq. MOİK ilə heç-heçə də sırf öz səhvlərimiz nəticəsində gerçəkləşdi. Bu iki oyun bizə çox pis təsir etdi. Təsəvvür edin ki, həmin oyunlarda xal itirməsəydik, indi lider ola bilərdi. Amma belə, hesab edirəm ki, AZAL normal çıxış etdi və bu çıxışını davam etdirməlidi.
 
- Çoxları sizi çempionatın startında favoritlər arasında görmürdü...
- Bir neçə il öncə də `Olimpik`ə heç kim inanmırdı, amma komanda vitse-çempion oldu. İndi də AZAL haqda elə danışırlar ki, sürprizdi və s. Biz artıq sübut etmişik ki, burda heç bir sürpriz yoxdu. Bu gün komandamız 3-cü pillədə gedir və bu tam haqlı nəticəmizdi. Burda heç bir fövqələtəbiilik yoxdu.
 
- Komandanın qarşısına hansı vəzifə qoyulub?
- Başlanğıc üçün ilk altılığa düşməliyik. Vaqif Qasımov klubumuzun prezidenti təyin olunanda bildirdi ki, Avropa Liqasına vəsiqə qazanmalıyıq. Ancaq hazırda biz hətta çempionluq haqda da düşünə bilərik. Bundan nə çıxacağını isə mayda biləcəyik.
 
- AZAL-a keçdikdən sonra karyeranızda nə dəyişib?
- Hər şeyi yadıma salıram. Hansı ki, `Bakı`da da hər şey çox yaxşı idi. Biz çempion olduq, ardından ölkə kubokunu qazandıq. Matçların 90 faizində əsas heyətdə olurdum. Ardından `Bakı`nın kapitanı oldum, hansı ki, bununla çox fəxr edirdim. Ancaq startdan 3 gün sonra Şefer bizim xidmətimizdən imtina etdi. Siz bunu təsəvvür edə bilməzsiniz: Çempionat yenicə başlayır, amma komandan yoxdu.
 
- `Bakı` rəhbərliyi ilə danışmadınızmı?
- Hər şeyi Şefer həll edirdisə, nə mənası vardı? Ötən mövsüm `Bakı` 25 gün ərzində üç dəfə `Xəzər Lənkəran`la qarşılaşdı, biz həmin oyunların hamısında qələbə qazandıq. Ölkə kubokunun finalında qələbə qazandıq. Elə Avropa Liqasında da layiqli çıxış etdik. Daha klubun cərimələnməsi bizim günahımız deyildi. Şefer özünü göstərmək istəyirdi. Amma komandada kiçicik dəyişikliklər lazım idi ki, daha da güclü təsir bağışlasın. O isə, hər şeyi tərsinə etdi.
 
- Sizin Şeferdən küskünlüyünüz qalıb?
- Mən sadəcə uzun müddət başa düşə bilmədim ki, o, niyə belə qərar verdi? Əlbəttə, küskünlük var. Mən `Bakı`nın kapitanı olduğum halda, deyir ki, sən komandaya lazım deyilsən. Mənə qarşı düzgün hərəkət etmədilər.
 
- Təsadüfən komandaya qayıtmaq istəmirsiz?
- Bəli, komanda rəhbərliyi məni qaytarmaq istəyir, ancaq AZAL-ı tərk edə bilmərəm. Bu komandadan mən əmək haqqı alıram və öz ailəm hesab edirəm. Burda mənə çox yaxşılıqlar etdilər. Bütün bunları bir kənara atıb qaçmaq mümkün deyil.
 
- `Bakı`da çıxış edərkən yığmaya düşməyiniz daha asan olmurdumu?
- Belə düşünmürəm. Onsuz da AZAL indi turnir cədvəlində daha yaxşı mövqedədi. Burda hər şey Berti Foqtsdan asılıdı. Mən onun seçiminə hörmətlə yanaşıram. Ancaq AZAL-ın heyətində daim əsas heyətdə çıxış etdiyim halda, almaniyalı elə futbolçuları çağırır ki, ehtiyatda qalırlar. Buna baxmayaraq, yenə yığmada oynayacağıma inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.