13 yanvar 2011 01:44
İngiltərə kubokunda şok: `Arsenal` aşağı liqa təmsilçisinə uduzdu
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə `Arsenal` səfərdə `Ipswich`lə qarşılaşıb və minimal hesabla məğlub olub. İndi Arsen Vengerin yetirmələri hər şeyə cavab oyununda aydınlıq gətirməlidirlər.
Qeyd edək ki, yarımfinalı mərhələsinin digər cütündə dünən doğma meydanda `Birmingham`i qəbul edən `West Ham` çətinliklə də olsa, qələbə qazana bilmişdi – 2:1.
İngiltərə Liqa Kuboku
1/2 final (ilk oyun)
12 yanvar
Ipswich – Arsenal – 1:0
