13 yanvar 2011 13:57
Azərbaycan Macarıstanla “Əl-Şabab”da qarşılaşacaq (FOTO)
Azərbaycan və Macarıstan yığma komandaları arasındakı yoldaşlıq oyununun dəqiq vaxtı və yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandalar arasındakı qarşılaşma fevralın 9-da, Dubayın `Əl-Şabab` stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
