13 yanvar 2011 14:06
“Azərbaycanla oyunda heyəti dəyişmək fikrində deyilik”
Macarıstan yığmasının baş məşqçisi Sandor Eqervari millimizlə Dubayda planlaşdırdıqları qarşılaşmanın bütün detallarının AFFA ilə razılaşdırıldığını bildirib. Azerisport.az xəbər verir ki, bu haqda açıqlamasında bunları dilə gətirib:
“Azərbaycan tərəfi ilə yoldaşlıq oyununun dəqiq vaxtını müəyyənləşdirmişik. Mən hələ bir müddət öncə bu qarşılaşmanın bizim üçün nə dərəcədə əhəmiyyət daşıdığını qeyd etmişdim. Bir daha vurğulayıram ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Hollandiya ilə keçirəcəyimiz görüş öncəsi son sınağımızdı. Biz heyəti dəyişmək fikrində deyilik. Baxmayaraq ki, kifayət qədər gənc futbolçularımız da var. Ancaq komandanın özəyini saxlamağı düşünürük. Kimlərinki təcrübə baxımından problemləri var, onlar da Dubay toplanışının gedişində öz səviyyələrini yüksəltməyə çalışmalıdırlar”.
