13 yanvar 2011 01:49
Mahir Şükürov üçün 6 sınaq matçı
Heyətində milli komandamızın üzvü Mahir Şükürovun da yer aldığı Rusiyanın `Anji` klubu Türkiyə toplanışının planlarını müəyyənləşdirib. Azerisport.az Mahaçqala klubunun rəsmi saytına istinadən xəbər verir ki, hazırda klubun bazasında hazırlıq keçən komanda üzvləri yanvarın 17-də başa çatacaq ilk təlim-məşq toplanışının ardından ayın 20-nə kimi istirahət hüququ qazanacaq.
Yanvarın 21-də isə Hacı Hacıyevin komandası Türkiyəyə yola düşəcək. Наnsı ki, orda 6 yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar. Yanvarın 23-də Mahirin komandası Polşanın `Polonya`, 27-də Donetsk `Metallurq`uyla, fevralın 3-də Çernoqoriyanın `Zeta`, 5-də Macarıstanın `Diosgyori` klubuyla qarşılaşacaq. Yanvarın 28-də və fevralın 5-də nəzərdə tutulan sınaq görüşləri üçün isə hələlik sınaqçı rəqiblərin kimliyinə aydınlıq gətirilməyib. Təlim-məşq toplanışı fevralın 5-də başa çatacaq.
