13 yanvar 2011 14:16

"Təsəvvür edə bilməzdim ki, gələcəkdə onunla birgə çıxış edəcəm"

Antalyada hazırlığını davam etdirən `Neftçi`nin kapitanı Rail Məlikov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni diqqətinizə çatdırır.
 
- Rail, təlim-məşq toplanışı necə gedir?
- Burada hazırlığımız intensiv şəkildə davam edir. İlk toplanış olduğu üçün, əsasən fiziki hazırlığımızı yüksəldən məşqlər keçirik. Bildiyiniz kimi, komandamıza yeni məşqçi dəvət edilib. Türkiyəli Mehmet Ak əvvəl çalışdığı klublarda adından söz etdirməyi bacarıb. Əgər `Neftçi` rəhbərliyi ona etimad göstərib dəvət edibsə, deməli səviyyəli məşqçidi.
 
- Futbolçulara verilən tapşırıqları yerinə yetirmək baxımından hər hansı problem yoxdu ki?
- Komandanın heyətində yer alan futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarının öhdəsindən layiqincə gəlirlər. İnanıram ki, biz bunun bəhrəsini Premyer Liqada görəcəyik. Hazırda liderik, çempionatın sonuna kimi lider qalmaq istəyirik. Mən də komandanın kapitanı kimi bütün məsuliyyətlə bu çətin işi uğurla sona çatdırıb, qızıl medalları qazanacağımızı demək istəyirəm.
 
- `Neftçi`nin heyətində bir çox gənc futbolçu yer alır. Onlardan bəziləri əsas komandayla ilk dəfə təlim-məşq toplanışına yollanıb. Hazırlıqda onlar özlərini necə göstərirlər?
- Bizim kollektivdə ən gənc futbolçudan ən yaşlısına qədər hər kəs məşqlərdə bütün gücünü ortaya qoyur. Komanda daxilində mükəmməl ab-hava hökm sürür. Bu da təbii ki, baş məşqçimizin əməyidi. Ən yaşlımız olan Rauf Mehdiyevin möhtəşəm çalışqanlığı gənc futbolçulara da sirayət edir. Mən əvvəllər `Şəmkir`in məşqinə baxırdım, Rauf Mehdiyev o zaman orda çıxış edirdi. Onun oyununu çox bəyənirdim. Təsəvvür edə bilməzdim ki, gələcəkdə onunla bir komandada çıxış edəcəm. Tale elə gətirdi ki, biz `Neftçi`nin uğurları üçün tər tökməyə başladıq. Mən fəxr edirəm ki, onun kimi peşəkar futbolçu ilə bir komandada oynayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.