13 yanvar 2011 02:11
İtaliya kuboku: `Inter` və `Palermo` növbəti mərhələdə
İtaliya kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Cəmi bir oyundan ibarət olan bu mərhələnin oyunlarında `Palermo` doğma meydanda `Chievo` üzərində minimal hesablı qələbə qazanmaqla, adını növbəti mərhələyə yazdırıb. Elə son ölkə çempionu `Inter` də `Genoa` ilə oyunda bu xoşbəxtliyi yaşayan tərəf olub.
Bu gün 1/8 final mərhələsinin daha bir görüşü keçiriləcək.
İtaliya kuboku
1/8 final
12 yanvar
Palermo – Chievo – 1:0
Inter – Genoa – 3:2
13 yanvar
00:00. Juventus – Catania
