13 yanvar 2011 02:23
AÇ-2011: Nasimovun komandasından daha bir qələbə
Qətərdə düzənlənən Asiya çempionatında ikinci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin altıncı oyun günündə A qrupunda qərarlaşan komandalar növbəti görüşlərini keçiriblər.
Günün ilk oyununda `Neftçi`nin şərəfini qoruyan, zədə ucbatından qitə birinciliyinə gedə bilməyən Bahodir Nasimovun komandası - Özbəkistan yığması Küveyt üzərində də qələbə qazanmaqla, qrup liderliyini ələ alıb. Meydan sahibi – Qətər millisi isə Çin üzərində qələbəyə sevinib.
Asiya Kuboku
Qrup mərhələsi
12 yanvar
A qrupu
Özbəkistan – Küveyt – 2:1
Qollar: Şatskix, 41, Ceparov, 65 – Əl-Mutva, 49-pen.
Çin – Qətər – 0:2
Qollar: Y.Ahmed, 27; 45.
| 1 | Özbəkistan | 2 | 2 | 0 | 0 | 4 | - | 1 | 6 |
| 2 | Qətər | 2 | 1 | 0 | 1 | 2 | - | 2 | 3 |
| 3 | Çin | 2 | 1 | 0 | 1 | 2 | - | 2 | 3 |
| 4 | Küveyt | 2 | 0 | 0 | 2 | 1 | - | 4 | 0 |
