13 yanvar 2011 02:57
İspaniya kuboku: `Barcelona` `Real`ı 5 qolla keçdi
İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
`Villarreal` – `Sevilla` duelində tərəflər hərəyə 3 qol vursalar da, qalibi müəyyənləşdirə bilməyiblər. `Barcelona` isə doğma meydanda `Real` (Betis) üzərində 5 cavabsız qolla qələbə qazanmaqla, cavab görüşünü formallığa çevirib.
İspaniya kuboku
1/4 final (ilk oyunlar)
12 yanvar
Villarreal – Sevilla – 3:3
Barcelona - Real Betis – 5:0
13 yanvar
23:00. Almeria - Deportivo
01:00. Real Madrid - Atletico
