13 yanvar 2011 15:36
`Qarabağ` Antalyada fiziki hazırlıqlara üstünlük verir
`Qarabağ` Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla məşq edən komandada əhval-ruhiyyə yetərincə yüksəkdi.
Bu günə komandanın 2 məşqi nəzərdə tutulub. Artıq günün ilk məşqi başa tutub. Antalyadakı 5-ci günündə komanda ilk dəfə trenajor zalında məşq edib. Öncə açıq havada isinmə hərəkətləri edən komanda üzvləri ardınca fitnes salonunda müəyyənləşdirilmiş təmrinləri yerinə yetiriblər.
