13 yanvar 2011 15:47
Vidadi Rzayev: Mən hələ özümü məşqçi kimi sübut etməmişəm
Azərbaycanın veteran futbolçularından olan Vidadi Rzayev hələ özünü xarici klublarda işləməyə hazır hesab etmir. Azerisport.az saytına açıqlamasında o, bu haqda aşağıdakı fikirləri dilə gətirib:
“Mən hələ özümü baş məşqçi kimi sübut edə bilməmişəm. Belə bir vəziyyətdə mən ölkə xaricinə gedə bilərəmmi? Öz sözümü ilk növbədə Azərbaycanda deməliyəm ki, ondan sonra xaricdən də mənlə maraqlanan ola bilər. Bu yolda ilk növbədə təcrübə toplamaq, özünü sübut etmək lazımdı”.