13 yanvar 2011 16:18
AZAL Ukrayna, Qazaxıstan və Moldova klubları ilə üz-üzə
AZAL-ın Antalyada keçirəcəyi yoxlama oyunları üçün rəqiblərin adları məlum olub. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 21-də Ukraynanın `Zarya`, 24-də Qazaxıstanın `Vostok` (Ustkamenoqorsk) klubları ilə görüşəcək.
Yanvarın 27-də komandanı Ukraynanın daha bir təmsilçisi `Volın` sınağa çəkəcək. AZAL sonuncu oyunda isə Moldovanın güclülər dəstəsində çıxış edən `Milsami` klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, oyunların hamısı `Titanik` otelinin meydançasında keçiriləcək.
