13 yanvar 2011 16:38
Ələkbər Məmmədov: İstərdim ki, Eysebio Bakıya gəlsin
Azərbaycan futbolunun canlı əfsanəsi Ələkbər Məmmədov Eysebionun Bakıya gəlməsini istəyir. Azerisport.az saytına müsahibəsində veteran futbolçularımızdan olan Məmmədov Azərbaycan futbolunun 100 illiyi münasibətilə təşkil olunacaq tədbirin iştirakçıları arasında Portuqaliya futbolunun əfsanəsini də görmək arzusunda olduğunu dilə gətirib:
“Mən şəxsən ona qarşı oynamışam. İstərdim ki, Eysebio Bakıya gəlsin. Əgər AFFA portuqaliyalını dəvət etsə, onda o, tədbirin iştirakçıları arasında ola bilər. Bu yüzillik yubileydisə, belə ulduzları Bakıya gətirmək lazımdı”.
