13 yanvar 2011 16:53
Sneyder Mourinyonu ağlatdı (VİDEO)
Lionel Messinin “Qızıl Top” Top'u aldığı gecədə çıxış edən İtaliyanın `İnter` klubunun və Hollandiya yığmasının yarımmüdafiəçisi Uesli Sneyder söhbət zamanı sabiq baş məşqçiləri, hazırda İspaniya `Real`ını çalışdıran Joze Mourinyoya təriflər yağdırmağı da unutmayıb. Sabiq məşqçiləriylə birgə günlərini də xatırlayan hollandiyalı futbolçunun həmin sözlərinin Mouru qəhərləndirməsi kameraların gözündən yayınmayıb.
