13 yanvar 2011 17:14
`Fener` Amit Quluzadəni Antalyaya aparmadı
`Neftçi`nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə `Fenerbahçe`nin Antalyadakı təlim-məşq toplanışında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, artıq Antalya toplanışında iştirak edəcək heyəti müəyyənləşdirsə də, həmyerlimizin adı həmin siyahıda yer almayıb.
Qeyd edək ki, Amit İstanbul klubunun düşərgəsinə dünən axşam yollanıb. Hələlik `Fenerbahçe`nin əvəzedici komandasında yer alacaq 18 yaşlı futbolçumuz bir müddət zədəsinin sağalmasıyla məşğul olacaq. Ardından isə onun əvəzedici komandada özünü göstərməklə, əsas heyətdə düşmək şansı qazanacağı gözlənilir.
