13 yanvar 2011 17:28
`Neftçi`nin keçmiş hücumçusu `Bistriţa`da
Azərbaycanın `Neftçi` klubunun keçmiş hücumçusu Marian Aliuta özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu bundan sonra ölkəsindən olan `Bistriţa` klubunun şərəfini qoruyacaq.
Artıq bu klubun rəhbərliyi ilə razılığa gələn futbolçu iki illik müqaviləyə də imza atıb. Qeyd edək ki, bu hücumçu 2009/10 mövsümündə Azərbaycan Premyer Liqasında da top qovmuşdu.
