13 yanvar 2011 18:16

“Azərbaycan çempionuyla oyunu səbirsizliklə gözləyirəm”

Qırğızıstanın `Neftçi` klubunun baş məşqçisi Aleksandr Krestenin azerisport.az saytına müsahibəsində “Birlik Kuboku”ndakı rəqiblərindən olan Azərbaycan çempionu `İnter` və bir sıra digər məsələlər barədə fikirlərini dilə gətirib.
 
- Sizin komandanıza heç kim güclü rəqib gözü ilə baxmır. Bəs siz öz qarşınıza hansı vəzifəni qoymusuz?
- Ola bilər ki, mənim komandamın təcrübəsi var, amma biz “Birlik Kuboku”nda layiqli oyun sərgiləməyi hədəfləyirik. Bu turnir hər bir iştirakçı üçün vacib əhəmiyyət daşıyır. Axı bizim hər oyunumuza keçmiş SSRİ-nin bütün ölkələrində baxan olacaq. Bizim qarşımıza pley-offa çıxmaq vəzifəsi qoyulub. Hələ indiyə kimi heç bir Qırğızıstan klubu buna nail ola bilməyib.
 
- Bəs `Neftçi` bunu bacarmağa qadirdimi?
- Mənim komandamda elə futbolçular var ki, qarşılarına daha güclü kollektivlərdə çıxış etmək vəzifəsini qoyublar. “Birlik Kuboku” da bu baxımdan onların özlərini göstərməsi üçün çox böyük şansdı. Ancaq bizə eyni zamanda həm də çoxlu xal toplamaq haqda fikirləşmək lazımdı.
 
- Azərbaycan təmsilçisi `İnter` haqda lazımı məlumat toplaya bilmisinizmi?
- `İnter` çoxlu legionerlərə malik olan bir komandadı. Azərbaycan da mənim üçün tanış ölkədi. Ötən il mən hələ futbol oynayarkən, `Standard` rəhbərliyi məni baxışa dəvət etmişdi. Baş məşqçinin adını xatırlamıram, amma, mənə bildirdi ki, rəhbərlik güclü komanda yaradır. Klubun medallar uğrunda mübarizəyə hazırlaşdığı bildirilirdi. Lakin biz maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədik. Buna görə də Azərbaycanı tərk etdim. Sonradan eşitdim ki, `Standard` Premyer Liqanı tərk edib.
 
- Yeri gəlmişkən, `Standard`ı vaxtilə `İnter`in indiki baş məşqçisi çalışdırırdı...
- Bax bunu bilmirdim. Amma onu bilirəm ki, `İnter`in yaxşı büdcəsi və əla heyəti var. Buna görə də heç olmasa qrupda ikinci yeri tutmağa çalışmalıyıq. `İnter`lə oyunu səbirsizliklə gözləyirəm. Bilirəm ki, Azərbaycan futbolu inkişaf edir. `İnter`lə matç nə qədər maraqlı olsa da, biz xal itkisi haqda düşünmürük.
 
- Hazırda bu komandalardan hansı daha güclüdü – sizin, Özbəkistanın, ya Azərbaycanın `Neftçi`si?
- Sizin `Neftçi`ni mən iş başında görməmişəm. Ancaq buna əminəm ki, hər ölkənin `Neftçi`si bir nömrədi.
 
- Sizə elə gəlmir ki, son zamanlar “Birlik Kuboku” öz imicini itirir.
- Təşkilatçılar çox çalışırlar ki, bu turnir daha maraqlı alınsın. Hər halda, başqa turnirlərdə bu yarışdakı keyfiyyətə rast gəlmək olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.