13 yanvar 2011 18:46
`Neftçi` üçün daha bir rəqib tapıldı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən `Neftçi`nin orada oynayacağı daha bir rəqib məlum olub. Azerisport.az xəbər verir ki, bu, Bosniya və Hersoqovinanın NK `Selik Zenitsa` klubudu. Flaqman bosniyalılarla fevralın 1-də qarşılaşacaq.
Xatırladaq ki, yanvarın 19-da `Rubin`lə (Rusiya) yoldaşlıq görüşü keçirəcək `Neftçi` Antalyadakı təlim-məşq toplanışının ikinci mərhələsində `Rudar` (Çernoqoriya), `Arsenal` (Ukrayna) və `Şturm` (Avstriya) klubları ilə də qarşılaşacaq.
