13 yanvar 2011 19:25
Azərbaycanda totalizator oyunları yanvarın 18-dən rəsmən başlayır
Azərbaycanda idman mərc oyunları yanvarın 18-dən etirbarən rəsmən fəaliyyətə başlayacaq. Azerisport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün “Ekselsior” otelində təntənəli mərasim təşkil olunacaq.
Tədbirdə “Azəridmanservis”in baş direktoru Azər Məhərrəmov və Azərbaycanda fəaliyyət gösətərən Türkiyə şirkətinin baş müdiri Ahmet Sezer iştirak edəcək. Saat 12:00-da başlanacaq tədbirdə ölkəmizdə təşkil olunacaq mərc oyunlarının bütün maraq doğuran məqamlarına aydınlıq gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu totalizator oyunları ancaq futbol üzrə xarici ölkə çempionatlarına həsr olunacaq.
