13 yanvar 2011 11:38
Xaqani Məmmədov XL-ı tərk etmək niyyətində deyil
`Xəzər Lənkəran`ın ən təcrübəli hücumçularından olan Xaqani Məmmədov komandanı tərk etməyə hazırlaşmır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi, baş məşqçi Mirça Rednikin rəyinə əsasən bu futbolçunu transferə çıxarsa da, o, komandada qalmaq istəyir.
Daha doğrusu `Xəzər Lənkəran`ın əvəzedici komandasında. Lakin onun bu istəyinin nə dərəcədə reallaşacağını zaman göstərəcək. Çünki başqa klubların da maraqlandığı Məmmədovun xidmətindən `Gəncə` də yararlanmaq istəyir.
