13 yanvar 2011 12:06
`Galatasaray` daha bir futbolçuyla yollarını ayırdı
Türkiyə Superliqasının cari mövsümündə heç də uğurlu çıxışı ilə seçilməyən `Galatasaray` daha bir futbolçusuyla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, mövsümün əvvəlində `Beşiktaş`dan transfer etdiyi Serdar Özkanın sözləşməsini qarşılıqlı olaraq ləğv edib.
Qeyd edək ki, Serdar Özkan, “sarı-qırmızılar”ın qış transfer pəncərəsi dönəmində yollarını ayırdığı ikinci futbolçu oldu. Ona qədər klub rəhbərliyi Ali Turanın da komandadan göndərilməsinə qərar vermişdi.
Serdar Özkanın `Galatasaray`dan ayrılan kimi özünə yeni klub tapdığını da qeyd edək. Belə ki, bu futbolçu bundan sonra `Ankaragücü`ndə çıxış edəcək. Tərəflər artıq 2,5 illik müqaviləni razılaşdırıblar və sadəcə onun imzalanması qalıb.
