13 yanvar 2011 00:19
Makedoniyalı ulduz `Karpatı`ya görə Azərbaycandan imtina etdi
Makedoniya çempionatının ən yaxşı futbolçusu, 24 yaşlı qapıçı Martin Boqatinov Azərbaycan klubundan aldığı təklifi qəbul etməyib. Azerisport.az xəbər verir ki, `Rabotniçki` klubunun üzvü Ukraynanın `Karpatı` klubuna keçməyə üstünlük verib.
daily.mk saytının yaydığı məlumatda Boqatinovun hansı klubumuzdan dəvət aldığı barədə bilgi verilmir. Sadəcə o bildirilir ki, Martin təkcə Azərbaycan çempionatından yox, həm də Rusiya Premyer Liqasından imtina edib.
