13 yanvar 2011 00:32
Haciyevski: Starkov mənim yerimə gətirilə bilərdi
`Bakı`nın sabiq baş məşqçisi, hazırda `Simurq`un sükanı arxasında çalışan Qyoko Haciyevski paytaxt klubunun Vinfrid Şeferi Aleksandr Starkovla əvəzləmək istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında makedoniyalı mütəxəssis bu haqda bunları dilə gətirib:
“Mənim bu klubla çox yaxşı münasibətlərim var: masajçısından prezidentinə kimi hər kəslə. Ancaq `Bakı`nı kimin çalışdıracağı mənimçün qətiyyən maraqlı deyil. Mən sadəcə bir şeyi bilirəm ki, Starkov hələ mən baş məşqçi postunu tərk edərlən bu komandanı çalışdıra bilərdi. Yəni mənim əvəzimdə gətirilə bilərdi”.
