13 yanvar 2011 12:34
Sadıqov `Schalke`nin oyunçularıyla eyni qiymət aldı
Milli komandamızın və Türkiyənin `Eskişehirspor` klubunun üzvü Rəşad Sadıqovun dünən Almaniyanın `Schalke` klubuyla keçirilən sınaq matçındakı (1:1) çıxışına qiymət verilib. Azerisport.az xəbər verir ki, Türkiyə mətbuatı millimizin kapitanının son oyundakı performansını 6 balla qiymətləndirib.
Qeyd edək ki, Rəşad bu görüşdə 90 dəqiqə meydanda olub və özünün saytımıza verdiyi müsahibədə bildirdiyinə görə, rəqib komandanın hesabı bərabərləşdirdiyi epizodda günahı var imiş. Görünür, həmyerlimizin daha yaxşı qiymət almasına da məhz bu təsir göstərib. Bütövlükdə isə, `Eskişehirspor”da Rəşaddan daha yaxşı qiymət alanlardan biri 8, beş oyunçu isə 7-yə layiq görülüb. Qalan oyundaşları da Sadıqov kimi 6 xal aldığı halda üç futbolçu daha aşağı bala - beşə layiq görülüb.
`Schalke`də isə, sadəcə Raul və Farfan daha yaxşı qiymət alıb – 7. Almanların qalan oyunçuları isə 6 xalla qiymətləndirilib.
