14 yanvar 2011 13:27
`Galatasaray` yeni stadionuna da “Ali Sami Yen” adını verdi
Türkiyənin `Galatasaray` klubunun yeni inşa etdirdiyi Seyrantəpədəki `Türk Telekom Arena`ya hansı adın veriləcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, İstanbul klubunun prezidenti Adnan Polat, bu haqda verdiyi açıqlamada bildirib ki, həmin stadiona “Ali Sami Yen İdman Kompleksi Türk Telekom Arena” adı veriləcək.
Qeyd edək ki, sözügedən arenanın sabah möhtəşəm aşılış mərasimi təşkil olunacaq. Bundan öncə isə `Ali Sami Yen` stadionu ilə vidalaşan və artıq sökülməyə başlayan həmin arenanın adını yaşatmağı düşündüklərini bildirən Polat bu istəklərini belə izah edib: “Galatasaray İdman klubunu Ali Sami Yen bəy qurub. `Ali Sami Yen` stadionunu əfsanəyə çevirən `Galatasaray` tərəfdarıdı. Artıq köhnə stadionumuzu qapadıq. Amma bizim Seyrantəpədəki yeni stadionun da adı “Ali Sami Yen İdman Kompleksi və Türk Telekom Arena” adlanacaq”.
