14 yanvar 2011 01:09
`Qarabağ` yeni ilə Qazaxıstan klubuyla başlayır
`Qarabağ` Antalyadakı hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, qardaş ölkədə hazırlıq keçən Ağdam təmsilçisi artıq yeni ildə qarşılaşacağı ilk rəqibinin kimliyini də müəyyənləşdirib.
Qurban Qurbanovun yetirmələri yanvarın 18-də Qazaxıstan Superliqasında çıxış edən `Jetisu` klubu ilə yoxlama oyunu keçirəcək. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, əslində öncədən Ağdam klubunun ilk yoldaşlıq görüşü yanvarın 22-nə planlaşdırılmışdı. Lakin qış fasiləsindən sonra komandanın fiziki durumunun əla olması baş məşqçi Qurban Qurbanovu fikrindən daşındırıb. Ona görə də görüşün daha erkən keçirilməsi zərurəti yaranıb.
