14 yanvar 2011 13:46

Vitali Kovalyov: Türkiyənin birinci liqası Premyer Liqamızdan güclüdü

Türkiyənin Bank Asiya birinci liqasında çıxış edən `Kartalspor`un azərbaycanlı qapıçısı Vitali Kovalyov azerisport.az və “Zerkalo”ya müsahibə verib.
 
- Təlim-məşq toplanışınız necə keçir?
- Çox ağırdı. Təsəvvür edin ki, gündə 3 dəfə məşqə çıxırıq. Birincisi səhər 6-da başlayır. Artıq 3 yoxlama görüşü keçirmişik. Yanvarın 15-də `Gaziantepspor`la qarşılaşacağıq. Ondan sonra isə çempionatın davamının başlamasını gözləyəcəyik.
 
- 17 komanda arasında 16-cısız. Bunun səbəbi nədi?
- Bizdə qol epizodlarından yararlanmaq baxımından ciddi problemlər var. Birinci dövrədə hətta 5 penalti epizodundan da yararlana bilməmişik. Öz meydanımızda hələ bir dəfə də olsun, qol buraxmamışıq. Doqquz qolsuz heç-heçəmiz var. 16 oyuna cəmi 12 qol buraxmışıq.
 
- Ancaq bu gedişlə sizi aşağı liqaya düşmək təhlükəsi gözləyir...
- Bizdə baş məşqçi dəyişikliyinə əl atıldı. Odu ki, indi ikinci dövrədə birinci liqadakı yerimizi qorumaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
 
- Birinci dövrədə siz meydana çıxmadınız. Bu sizi narahat etmir?
- Bir nömrə çox güclüdü. Həm də o, yerlidi, ona daha çox üstünlük verirlər. Mənə mane olan əsas məqam ondan ibarətdi ki, yığmada çıxış etmirəm. Hər məşqdə kifayət qədər çalışıram ki, özümü göstərim. Amma hələ ki, alınmır.16 oyundan 10-da qol buraxmayıb.
 
- Komandanı dəyişmək barədə düşünmürsüz?
- Rəhbərlik buraxmaq istəmir. Baxmayaraq ki, bu haqda düşünürəm. Müqaviləmin müddəti mayda başa çatacaq, tezliklə komandanın sıralarını tərk edəcəm.
 
- Türkiyədə çox qalacaqsız?
- Burda qalmaq istəmirəm. Hər halda vətənə qayıdaram. Bu mövsümün əvvəlində Premyer Liqa klublarımızdan iki real təklif var idi. Ancaq obyektiv səbəblər səbəbindən burda qalmalı oldum.
 
- Ona görə ki, Azərbaycan Premyer Liqası hələ yerində sayır?
- Onsuz da Türkiyənin birinci liqası bizim çempionatdan daha yaxşıdı. Burda staionlar daha yaxşıdı, tribunalar doludu. Burda daha çox hücum futboluna üstünlük verirlər.
 
- Deməli, Türkiyədə qapıçıların işi daha çətindi...
- Hər oyunda yaradılan qol vəziyyətləri bizim çempionatdakından 3 dəfə çoxdu. Burda həm də tələbkarlıq yüksək səviyyədədi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.