14 yanvar 2011 01:52
İtaliya kuboku: `Juventus` da 1/4 finalda
İtaliya kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, cəmi bir oyundan ibarət olan bu mərhələnin oyunlarından daha biri Turində baş tutub.
Doğma meydanda `Catania` ilə qarşılaşan `Juventus` bu fürsətdən maksimum yararlanıb. Rəqib qapısından 2 cavabsız top keçirən turinlilər növbəti mərhələyə vəsiqə qazanmaqla, A Seriyasındakı uğursuz çıxışı nisbətən unutdura biliblər.
Maraq üçün xatırladaq ki, dünən `İnter` və `Palermo` da 1/4 finala vəsiqə qazanmışdı. Digər xoşbəxtlərin kimliyi isə gələn həftə müəyyənləşəcək.
İtaliya kuboku
1/8 final
13 yanvar
Juventus – Catania – 2:0
Qollar: Krasiç, 35, Pepe, 54.
