14 yanvar 2011 13:51
Yığmamızın Macarıstanla oyununun vaxtı dəyişdirildi
Fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Azərbaycan – Macarıstan yoldaşlıq oyununun başlanma vaxtında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, “Əl Şahab” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, əvvəlcə Azərbaycan – Macarıstan görüşünün saat 18:00-da start götürəcəyi xəbər verilirdi. Bu haqda açıqlamanı isə Macarıstan millisinin çalışdırıcısı Sandor Eqervari vermişdi.
