14 yanvar 2011 14:02
Azərbaycan çempionunun iştirak ərizəsində dəyişiklik edildi
Yanvarın 15-də “Birlik kuboku”nda ilk oyununa çıxacaq son ölkə çempionu Bakının `İnter` klubu komandanın sifariş vərəqəsində dəyişiklik edib. Azerisport.az xəbər verir ki, gənc futbolçu Tofiq Mikayılovun yerinə heyətə Elnur Abdulovun adı daxil edilib.
Xatırladaq ki, “Birlik kuboku”nun açılış oyununda `İnter`in rəqibi Qırğızıstanın `Neftçi` klubu olacaq. “Peterburqski” idman kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
