14 yanvar 2011 14:08
Arif Əsədov: XL-la oyunu futbolçularıma hər gün xatırladıram
`Neftçi`nin baş məşqçisi Arif Əsədov komandasının Antalya toplanışı barədə fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Təlim-məşq toplanışımızın hər günündə futbolçularımıza qarşıda bizi `Xəzər Lənkəran`la oyunun gözlədiyini xatırladıram. Əgər qalib gəlsək, o zaman 4 xallıq fərq əldə etmiş olacağıq. Mən futbolçu kimi çempion olmuşam, indi isə baş məşqçi kimi də buna nail olmaq istəyirəm”.
