14 yanvar 2011 02:22

Hiddink: Futbolçularımı da Azərbaycanla oyuna məhz belə kökləyəcəm

Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink azerisport.az saytının suallarını cavablayıb.
 
- Azərbaycanla oyundan sonra Türkiyə yığması rəhbərliyiniz altında heç də yaxş günlər keçirmədiyinə görə həyəcan hiss olunur...
- Biz Azərbaycan yığmasıyla oyundan sonra işimizdən soyumamışıq. Mənim vəzifəm öz komandamı AÇ-2012-yə çıxarmaqdı. Biz öz işimizi iki məğlubiyyətlə çətinləşdirdik. Bundan sonra qələbə qazanmalıyıq. Bunun üçün də düşünürəm ki, heyətdə bəzi islahatlar aparmağa ehtiyac var idi.
 
- Bakıdakı görüşü analiz etmisizmi?
- Bütün oyunlarda olduğu kimi, bəli. Bu oyunda biz uduzmamalıydıq. Təəssüf ki, sensasiyaya mane ola bilmədik.
 
- Azərbaycan yığmasında nə kimi dəyişiklikləri qeyd edə bilərsiz?
- Bu iki oyun arasından elə də çox vaxt keçməmişdi. Heyət demək olar ki, həminki idi. Fədakarlıq da olduğu kimi, qalmışdı.
 
- Siz artıq ikinci dəfəydi ki, Bakıdan heç də yaxşı olmayan əhval-ruhiyyədə ayrıldınız.
- Birinci dəfə Rusiya yığması ilə Bakıya heç də turnir əhəmiyyəti qalmayan bir oyunda qarşılaşmaq üçün gəlmişdim. Onda bizim üçün hər şey forma xarakter daşıyırdı.
 
- Nəticədə istisna olmaqla?
- Nəticə ancaq sizə lazım idi.
 
- Ancaq Bakıdakı xal itkisi sizin Rusiya yığmasındakı fəaliyyətinizin sonu kimi dəyərləndirilməyə başladı...
- Hər şeyin başlanğıcı Almaniya yığmasına məğlubiyyət oldu.
 
- Qorxmursuz ki, yenə eyni aqibət təkrarlana bilər? Axı almanlara yenilgidən sonra yenə Berti Foqtsun komandasına qalib gələ bilmədiniz, baxmayaraq ki, bu dəfəki komandanız Türkiyədi.
 - Bizim bu situasiyadan çıxmaq üçün kifayət qədər informasiyamız var.
 
- Deməli, Azərbaycanla cavab oyununa ciddi köklənməli olacaqsız?
- İlk oyundakı kimi.
 
- Komandanızı revanş əhval-ruhiyyəsində kökləyəcəksiz?
- Ola bilər ki, futbolçular bu haqda düşünsün, amma mən, dəqiq deyirəm ki, yox. Məni daha çox yaxşı oyun və 3 xal maraqlandıracaq. Yetirmələrimi də belə kökləməyə çalışacağam.
 
- Yəqin ki, yetirmələrinizin qarşısına bu vəzifəni də qoyacaqsız ki, Bakıda buraxdığınız qol epizodunda olduğu kimi səhv buraxmasınlar?
- Azərbaycan bir də bizə elə qol vura bilməyəcək. Bağışlayın, getməyim lazımdı. Bizim hələ bu haqda danışmağa imkanımız olacaq. Axı oyuna kimi kifayət qədər vaxtımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.