14 yanvar 2011 14:44

Ramiz Məmmədov erməni futbolçuya görə qalmaqalla üzləşdi

Qazaxıstanın `Atırau` klubunda qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, nə qədər xoş xəbər olmasa da, qalmaqalın mərkəzindəki əsas şəsxlərdən biri komandanın azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovdu.
 
Qazaxıstanın sports.kz portalı yazır ki, `Atırau` azarkeşləri Məmmədovun Azərbaycan mətbuatına verdiyi müsahibədən qəzəblənib. Ramiz Məmmədovun həmin müsahibədə onların xoşuna gəlməyən isə bu sözləri olub: “Mən bildiyimə görə, Karabaxtsyan artıq `Atırau`nun oyunçusu deyil. Əgər belə olmasa, o zaman klub rəhbərliyi ilə danışacam. Əgər mən burda işləyirəmsə, bu klubda erməni olmayacaq”.
 
Məmmədovun bu fikirlərinə `Atırau` azarkeşlərinin cavabı da özünü çox gecikdirməyib: “Biz, `Atırau` futbol klubunun azarkeşləri Məmmədovun diqqətinə çatdırmaq istəyirik ki, Qazaxıstan çoxmillətli dövlətdi, hansı ki, burda 100-dən çox millətin nümayəndəsi yaşayır”. Bəyanatda həmçinin bildirilir ki, komandada həmişə qazaxlarla çiyin-çiyinə ruslar, azərbaycanlılar, çeçenlər, ukraynalılar və digər ölkələrdən olan futbolçular çıxış ediblər. Eləcə də `Atırau`nu stadionda fərqli millətlərin nümayəndələrinin dəstəklədiyi iddia olunub:
 
Azarkeşlər hesab edir ki, yeni baş məşqçinin bu şəkildə çıxış etməsi heç də düzgün deyil və Karabaxtsyana qarşı da hörmətsizlikdi. Onlar futbolun dünyada bir nömrəli idman növü olduğunu qeyd etməklə yanaşı, bu populyar idman növünün şəhərlərinin, regionun və ölkələrinin imicini də müəyyənləşdirən faktor kimi dəyərləndiriblər.
 
“Bizi sizin Dağlıq Qarabağ probleminiz maraqlandırmır. Buna görə də bu münaqişənizi özünüzüə saxlayın, Azərbaycanda. İndi isə siz Qazaxıstandasınız!!! Burda millətçiliyə yer yoxdu! Bizim şəhərdə və ölkədə belə şeylər qəbul olunmur. Siz artıq bu millətçi düşüncələrinizlə azarkeşlər, fanatlar arasında hörmətinizi itirdiniz” – deyə `Atırau` azarkeşləri qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.