14 yanvar 2011 02:52
İspaniya kuboku: Madrid derbisində `Real` güldü
İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş keçirilib.
Doğma meydanda `Deportivo`nu qəbul edən `Almeria` minimal hesablı qələbə qazanmaqla, cavab görüşü ərəfəsində müəyyən üstünlüyə yiyələnib. Madrid derbisində isə `Real` doğma meydanda əzəli rəqibi `Atletico` ilə qarşılaşıb. Gərgin mübarizəyə səhnə olan prinsipial qarşılaşmada meydan sahibləri əzmkar qələbəyə sevinib.
İspaniya kuboku
1/4 final (ilk oyunlar)
13 yanvar
Almeria – Deportivo – 1:0
Real Madrid – Atletico – 3:1
Qeyd edək ki, bu mərhələnin digər iki oyunu dünən keçirilmiş və aşağıdakı nəticələr qeydə alınmışdı:
Villarreal – Sevilla – 3:3
Barcelona - Real Betis – 5:0
Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
