14 yanvar 2011 15:02
Futbolçularının maaşını verə bilməyən Seria A klubunun xalları silinir
İtaliya A Seriyasının İntizam Komitəsi `Bologna` klubu haqda növbəti sərt qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu gün çıxarılan qərara əsasən komandanın hesabından 2 xal silinib.
Buna səbəb isə, klub rəhbərliyinin xeyli müddətdir heyətindəki oyunçuların maaşlarını ödəyə bilməməsidi. Qeyd edək ki, ciddi maliyyə problemləriylə üz-üzə olan bu komanda hələ ötən ilin sonlarında da oxşar səbəbdən İntizam Komitəsi tərəfindən sərt şəkildə cəzalandırılmışdı. Lakin həmin dövrdə 1 xalın silinməsinə qərar verən Komitə rəhbərliyi bu dəfə daha 2 xalın silinməsini lazım bilib.
Bu qərar nəticəsində `Bologna` A Seriyasının 10-cu pilləsindən 15-ci yerə yuvarlanıb və hazırda 22 xalı var.
