14 yanvar 2011 15:57
FİFA meneceri: Azərbaycanlı futbolçuları xarici klublara təklif edə bilərik
`Neftçi`nin Antalyadakı bu günkü məşqini FİFA meneceri olan Şakir Ak da izləyib. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, bəyəndikləri oyunçu olarsa, onları xarici klublara təklif etmələri mümkündü:
“Əgər hansısa oyunçular diqqətimizi çəksə, onda biz onları əcnəbi klublara təklif edə bilərik. Son dövrlər sizin futbolçulara maraq kifayət qədər artıb. Komandalarınızın qazandığı son nəticələr ciddi inam yaratmaqdadı”.
