14 yanvar 2011 16:06
`Bakı` hərbi xidmətə yollanan futbolçularını geri qaytarır
`Bakı` futbol klubu AFFA-ya məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, məktubda bir neçə gün öncə hərbi xidmətə yollanan komandanın üzvləri Bəxtiyar Soltanovla Emin Cəfərquliyevin geri qaytarılmasında futbol qurumundan yarım etmələri xahiş olunub.
“Zolaqlılar” həmin oyunçuların formalarını itirməsini istəmir. Hər iki futbolçu vaxtilə gənclərdən ibarət yığmamızda top qovub ki, məhz bu üzdən onlara güzəşt ediləcəyinə ümid bəslənilir. Ən son variant kimi `Bakı`nın bu iki oyunçunu MOİK-dən icarəyə götürəcəyi bildirilir.
