14 yanvar 2011 19:24
Sadıqov oynadı, komandası `Villem II` ilə sülh bağladı (YENİLƏNİB)
Millimizin kapitanı Rəşad Sadıqovun da forma geydiyi `Eskişehirspor` bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, toplanışın son günündə həmyerlimizin komandası Hollandiyanın `Villem II` klubuyla qarşılaşıb.
Bununla da Antalyadakı təlim-məşqlərini başa vurmuş olan eskişehirlilərin son görüşündə baş məşqçi Bülənt Uyğun yenə Sadıqova start heyətində şans verib və həmyerlimiz sona kimi meydanda qalıb. Qeyd edək ki, Rəşad `Es-Es`in Almaniyanın `Ergsebirge` (2:1) və `Schalke` klubları ilə görüşlərində (1:1) 90, `Werder` ilə (3:1) qarşılaşmasında da 25 dəqiqə meydanda olmuşdu.
Yoldaşlıq oyunu
Eskişehirspor - Villem II - 0:0
