14 yanvar 2011 17:04
`İnter` `Neftçi`ni darmadağın edəcək
Sportingbetbukmeker kontoru sabah start götürəcək “Birlik Kuboku”nun birinci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsallarını açıqlayıb. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionu `İnter`in Qırğızıstan təmsilçisi `Neftçi` ilə oyununa da əmsallar açıqlanıb.
“Bankirlər” bu qarşılaşmanın favoriti hesab olunur. Təmsilçimizin qələbəsi üçün 1,18, məğlubiyyəti üçün 11.00 əmsalını açıqlayan bukmekerlər heç-heçəni belə qiymətləndirir - 5,75. Sözügedən kontor həmçinin `İnter`in rəqibini darmadağın edəcəyini də düşünür. Hər halda 2,5 qoldan çox qol vurulacağını düşünənlər 1,66, az vurulacağına inanlar isə 2,10 əmsalına pul qoyuluşu edə bilərlər.
