14 yanvar 2011 17:23
Rumıniya millisinin qapıçısı `Xəzər Lənkəran`da (FOTO)
`Xəzər Lənkəran` yeni qapıçıyla güclənə bilər. Azerisport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, cənub təmsilçisi bu ölkədən olan Kosmin Andrey Vatça ilə danışıqlar aparır.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Kosmin buna qədər Rumıniyanın `Gaz-Metan` klubunun şərəfini qoruyub. Onun azad agent statusuna malik olması cənub təmsilçisinə keçməsində yardımçı ola bilər. Hər halda, `Gaz-Metan`ın prezidenti bu haqda jurnalistlərə açıqlamasında bildirib ki, XL onlara heç bir pul ödəməcək.
Rumıniya millisində də bir oyun keçirən Kosmin `Bihor`, `Gloria`, Buxarest `Steaua`sında da forma geyib.
