14 yanvar 2011 17:49

Mehmet Ak: `Neftçi` qarşısıalınmaz olacaq

`Neftçi`yə yeni qoşulan fiziki hazırlıq üzrə məşqçi, türkiyəli mütəxəssis Mehmet Ak klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, komandanın hazırlıq prosesi barədə bunları bildirib:
 
“Komandaya yeni qoşulmuşam. Hazırlığın ikinci günü futbolçulardan test götürdük. Nəticələrin bizi qane etdiyini deməliyəm. Məhz bu testin sayəsində baş məşqçi Arif Əsədovun planına uyğun, hansı futbolçuya nə qədər tapşırıq verməli olduğumuzu öyrəndik. Artıq bu gün komanda üzvləri fitnes testinə cəlb ediləcək. Flaqmanın futbolçularının çalışmaq əzminə isə yalnız həsəd aparmaq lazımdı.
 
Komandanın kapitanı Rail Məlikov məşqlərdə futbolçuları sanki vacib oyuna kökləyir. Bu isə məşqçilər korpusunun işini asanlaşdırır. Bütün heyət üzvləri çox istəklə çalışır. Texniki-taktiki cəhətdən komanda yüksək səviyyədədi. Fiziki hazırlğı da eyni səviyyəyə çatdıra bilsək, `Neftçi` qarşısıalınmaz olacaq.
 
Təlim-məşqə yeni başlamışıq, bir müddət sonra fiziki hazırlıq da ən üst səviyyədə olacaq. Klubda olan ab-hava isə mükəmməldir. Klub rəhbərliyi və baş məqşçimiz kollektivdə gözəl atmosfer yaradıb. Vitse-prezident Tahir Süleymanov da Antalyada düşərgədə komandanın məşqini yaxından izləyir və isti münasibətə görə ona da minnətdarlığımı bildirirəm. Daxildə olduqda bunu görmək mümkündür. Heyətdə istedadlı gənc futbolçulara daim diqqət yetirilir. Bu, çox yaxşı haldı”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.